Türkiyənin tanınmış iş adamı Ergün Gürsoyun oğlu Ömər evlənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, iş adamı Recep Atakaşın qızı Gökçe ilə nikah masasına oturub.600 nəfərinj qatıldığı toyda cütlüyün nikah şahidliyini prezident Rəcəb Tayyip Ərdoğan, baş nazir Binalı Yıdırım edib. Toyda səhnəyə Kənan Doğulu çıxıb.
Cütlük bal ayı üçün İtaliyanın Sardiniya adasına gedib.