Kabildəki teraktın məsuliyyətini Taliban üzərinə götürdü - 24 ölü

Kabildəki teraktın məsuliyyətini Taliban üzərinə götürdü - 24 ölü backend

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. Axar.az xəbər verir ki, hadisə terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib.


Nəticədə 20 nəfər ölüb.

Məlumata görə, hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında baş verib.

***

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 24-ə, yaralananların sayı isə 42-ə çatıb.

Bu haqda “Assoşeyted Press” agentliyi məlumat yayıb.

***

Taliban kərəkatı Əfqanıstanın paytaxtı Kabildə 24 nəfərin ölümünə səbəb olan partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.