Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 42 nəfər yaralanıb.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, terrorçu-kamikadze iyulun 24-də səhər saatlarında partlayıcı yüklənmiş avtomobili Kabulun rayonlarından birində partladıb.
Partlayış Əfqanıstan icra hakimiyyəti başçısının ikinci müavininin evinin yaxınlığında törədilib.
Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.