Batmış gəmidən 4 ton qızıl tapıldı

Batmış gəmidən 4 ton qızıl tapıldı backend

Britaniya dalğıcları İslandiya sahillərində batmış Almaniyanın yük gəmisində 4 ton qızıl tapıblar.

Bu barədə Qaziler.az xarici KİV-lərə istinadən xəbər verir.

Tapılan qızılın qiyməti 100 milyon dollar təşkil edir.

Məlumata görə, gəmi 1939-cu ildə Braziliyadan Almaniyaya gəlirmiş. Hitler britaniyalıların gəmini gördüklərindən sonra, gəmi kapitanına gəmini batırmağı tapşırıb.