Rusiyada təyyarə gölə düşdü

Rusiyada təyyarə gölə düşdü backend

Rusiyada amfibiya təyyarə eniş zamanı Medvejye gölünə düşüb.

Qaziler.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 08:00 radələrində İrkutsk vilayətində baş verib.

“L4” amfibiya təyyarəsinin göyərtəsində pilot və iki sərnişin olub. Onları xilas etmək mümkün olub. Qəzanın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.