Türkiyədə axşam saatlarında yenidən zəlzələ baş verib.
Musavat.com-un məlumatına görə, dünən (20 iyun) 6.6 bal gücündə zəlzələnin baş verdiyi Egey bölgəsində bu gün axşam saatlarına yenidən yeraltı təkanlar qeydə alınıb. Türkiyə seysmoloji mərkəzindən verilən məlumata görə, zəlzələ Rixter şkalası üzrə 5 bal gücündə olub.
Qeyd edilib ki, zəlzələnin episentri Muğla əyalətinin Datça rayonu olub. Yeraltı təkanlar yerli vaxtla saat 20:09-da qeydə alınıb.