Hizbullaha təzyiqləri artırmalıyıq – Heyli

Hizbullaha təzyiqləri artırmalıyıq – Heyli backend

Hizbullahın silahı yerə qoyması və sabitliyi pozan davranışlardan çəkinməsi üçün BMT səylərini artırmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT-nin Livan üzrə eksperti Siqrid Kaaqla görüş zamanı deyib.

Diplomatlar Livanda yaranmış mürəkkəb siyasi vəziyyət, humanitar problemlər və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Hizbullah təşkilatı 1982-ci ildə yaradılıb. Təşkilatın ideoloji təməl doktrinası Xomeyni ideyaları əsasında formalaşdırılıb.