Küveyt hökuməti 15 İran diplomatının ölkədən qovulması haqqında qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Skay Nyus Arabia” televiziyası yayıb.
İran diplomatlarına ölkəni tərk etmələri üçün 45 gün vaxt verilib. Bununla Küveyt hökuməti ölkədə cəmi 4 İran diplomatı saxlamaq qərarı qəbul edib.Hökumət həmçinin İran Səfirliyinin Küveytdəki hərbi və mədəniyyət attaşeliyinin bağlanması ilə bağlı rəsmi Tehrana müraciət edib.