Rusiya bu il öz silah ixracını 7,23 milyard dollara qədər artıra bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiya Ceyns İnformasiya Qrupunun hazırladığı “Qlobal silah ticarəti” hesabatında yer alıb. Hesabatda belə artımın son beş ildə ilk dəfə qeydə alındığı bildirilib:“2016-cı ildə Rusiyanın ixracatı 9% azalaraq, 6,3 milyard dollar olub. Buna rəğmən ölkə ABŞ-dan sonra ikinci ən böyük silah ixracatçısıdır. 2017-ci ildə Rusiya ilə ABŞ arasında fərq daha da artacaq. 2016-cı ildə 23,3 milyard dollar silah ixrac edən Vaşinqton bu il ixracatı 26,9 milyard dollara qədər artırmağı planlaşdırır”.