ABŞ Dövlət Departamentində kibertəhlükəsizlik bürosu ləğv olunur. APA TV-nin "Bloomberg"ə istinadən xəbərinə görə, dövlət katibi Reks Tillerson Dövlət Departamentinin yenidən təşkili prosesi çərçivəsində belə bir addım atmaq qərarına gəlib.
Qeyd olunur ki, Barak Obamanın prezidentliyi dövründə yaradılmış büro iqtisadi və biznes məsələləri üzrə büronun tərkibinə keçəcək.