Gürcüstanın Baş Prokurorluğu Ukrayna tərəfə Mixeil Saakaşvilini vermək xahişi ilə iki dəfə müraciət edib və hər dəfə də rəsmi olaraq rədd cavabı alıb.
Qaziler.az bildirir ki, bunu bu ölkənin ədliyyə naziri Teya Tsulikiani "Грузия Online"a məlumat verib."Biz iki dəfə Gürcüstanın Baş Prokurorluğu adından Saakaşvilinin verilməsi xahişi ilə Ukrayna tərəfə müraciət etsək də rəsmi olaraq rədd cavabı aldıq. Bu məlumat dəqiqləşdirilib və bu, həqiqətən belədir", – deyə Tsulikiani qeyd edib..