Rus ekspert: “Malorusiya əmri Kremldən verilib”

Rus ekspert: “Malorusiya əmri Kremldən verilib” backend

Malorusiya dövlətinin yaradılması Moskvadan Donetskə edilən zəngin nəticəsidir. Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına açıqlamasında rusiyalı analitik Vladimir Qolışev söyləyib.


“Donetsk Xalq Respublikası adlı kvazidövlət sadəcə daha yaxşı adla təltif edilib. Məsələ bu qondarma rejimin rəhbəri Aleksandr Zaxarçenkonu bu işə kimin həvəsləndirməsidir. Yəqin ki, Moskva edib. Zaxarçenko heç nə həll etmir. Ona sadəcə Moskvadan zəng edib və nə etməsi gərəkdiyini deyiblər”, – deyə o bildirib.