QAZİLER.AZ Evronyus-a istinadən xəbər verir ki, Ukrayna höküməti Çernobıl Atom Elektrik Stansiyasındakı meşədə baş verən yanğını söndürməyə nazil olub. Çernobıl ərazisində yanğın çərşənbə axşamı gunorta vaxtlarında başlayıb və külək nəticəsində daha tez vaxtda başqa ərazilərə yayılıb, 400 hektar ərazi artıq zərər çəkib.
Beynəlxalq ekspertlər xəbərdar edir ki, izotopların çox hissəsi Çernobıl meşələrində hələ də qalmaqdadır və onlar meşə yanğınları nəticəsində yayıla bilər.Ukraynanın Baş naziri Arseniy Yacenuk: "Bizim dövlətin yanğınsöndürənləri yanğının yayılmasının qarşısını almaq üçün çalışır. İndi orada üç təyyarə, vertolyot və iş texnikası çalışır. Ora həmçinin xüsusi qüvvələr göndərilib."
Ukraynanın Daxili İşlər nazirinin sözlərinə görə, yanğın yerindən stansiyaya doğru 20 km yol var, radioktiv tullantılarına qədər isə 5 km, amma çaxnaşmaya səbəb yoxdur.
Ukrayna hakimiyyəti yanğını qəsdən törədildiyini bildirir.