Ermənistanda respublika qanunvericiliyində rus dilinə rəsmi status verməyə və sürücülük vəsiqələri ilə bağlı problemi bu yolla həll etməyə hazırlaşmırlar.
Virtualaz.org-un məlumatına görə, erməni parlamentinin vitse-spikeri Eduard Şarmazanov EADaily-ə açıqlamasında bildirib ki, Ermənistanda yeganə rəsmi dil erməni dilidir."Bizim ölkəmizdə tək rəsmi dil erməni dilidir. Və bu, konstitusiya normasıdır", — deyə o, Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin bəyanatını şərh edərkən vurğulayıb.