İŞİD, Nüsrə, Əl-Qaidə öz ideologiyasını və silahlarını ABŞ-dan alır. Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif CNN-ə verdiyi müsahibədə deyib.
“Terrorçuların haradan gəldiyini də, Dünya Ticarət Mərkəzi daxil olmaqla, müxtəlif məkanlarda terakt törədənlərin hansı ölkələrin vətəndaşları olduqlarını da bilirik. Heç biri İrandan gəlməyib. 2001-ci ildən bəri terror hadisələrinə qarışanların heç biri İrandan olmayıb. Onlar ABŞ-ın müttəfiqləridir”, - deyə Zərif bildirib.