Rusiya: ABŞ-ın şərtləri qəbuledilməzdir

Rusiya: ABŞ-ın şərtləri qəbuledilməzdir backend

Diplomatik daşınmaz əmlakları geri qaytarmaq üçün ABŞ-ın irəli sürdüyü şərtlər qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, əmlaklar heç bir şərt olmadan geri verilməlidir.

Peskov ABŞ-ın bu addımını beynəlxalq qaydaların pozuntusu kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ keçən il Rusiyanın ölkə ərazisindəki bir neçə obyektinə həbs qoyub. Üstəlik, Rusiyanın 30-dan çox diplomatı ölkədə kəşfiyyat fəaliyyəti aparmaqda ittiham edilərək, ABŞ-dan qovulub.