2 minlik ordu hazırlandı: “Türkiyə ilə savaşa hazırıq”

2 minlik ordu hazırlandı: “Türkiyə ilə savaşa hazırıq” backend

ABŞ-ın silah-sursatla təmin etdiyi PYD terror təşkilatı Azez və Mareyə hücum planları hazırlayır.


Axar.az “Star” qəzetinə istinadən xəbər verir ki, PYD-nin Afrin sözçüsü Cəfər Süleyman Türkiyəyə qarşı döyüşməyə hazır olduqlarını açıqlayıb.

Məlumata görə, PYD terror təşkilatı əməliyyatlar üçün Afrində qərbli mütəxəssislər tərəfindən öyrədilən 2 min nəfərlik xüsusi ordu hazırlayıb.