Moskvada “sarı təhlükə” səviyyəsi elan olunub

Moskvada “sarı təhlükə” səviyyəsi elan olunub backend

Sinoptiklər Moskvada bazar günü, iyulun 16-da, hava şəraiti ilə əlaqədar “sarı təhlükə” səviyyəsi barədə xəbərdarlıq ediblər.

Qaziler.az-ın xəbərinə görə, bu barədə Rusiya Hidrometeoroloji Mərkəzinin rəsmi saytında bildirilir.

Məlumata görə, paytaxt regionunda bazar günü güclü yağış yağacaq, şimşək çaxacaq, küləyin sürəti isə saniyədə 12-17 metrə qədər çatacaq.

“Təhlükəli hadisələrin intensivlik dərəcəsi: Sarı - hava potensial təhlükəlidir”, - deyə məlumatda qeyd olunur.