Trampdan Makronun xanımına: “Çox yaxşı vəziyyətdəsən”

Trampdan Makronun xanımına: “Çox yaxşı vəziyyətdəsən” backend

ABŞ Prezidenti Donald Tramp bu dəfə də Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Troqneyə dediyi komplimentlə gündəmə gəlib.


Axar.az xəbər verir ki, Tramp həyat yoldaşı Melaniya ilə birgə Fransada qeyd olunan ”Bastiliya günü” tədbirində iştirak edib.

O, görüş zamanı anidən Bricitə tərəf dönərək “çox yaxşı vəziyyətdəsən”, “gözəlsən” ifadələrini işlədib. Həm Melaniya, həm də Makronun təəccübünə səbəb olan anlar Fransa prezidentinin rəsmi Feysbuk hesabından canlı yayımlanıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı özündən 24 yaş böyükdür.