“Ötən əsrin 90-cı illərində Şimali Qafqazdakı münaqişə Rusiyadakı hadisələrin Yuqoslaviya ssenarisi üzrə inkişafına səbəb ola bilərdi”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentiVladimir Putin Sankt-Peterburqda Xalq Cəbhəsi media-forumunda çıxışı zamanı deyib.“Bu hansısa adi lokal münaqişə deyildi. İş ondadır ki, bu lokal münaqişə Rusiyadakı durumun real olaraq Yuqoslaviya istiqaməti üzrə inkişafına gətirib çıxara bilərdi”, - deyə o vurğulayıb.
Putin bildirib ki, həmin vaxt beynəlxalq terrorizmlə mübarizədə ciddi nəticə əldə etmək çox çətin olub: “Lakin o zaman terrorçularla mübarizə aparan insanlar bunun öhdəsindən gələ bildilər”.