“FETÖ-çülər vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində ələ alırlar“

“FETÖ-çülər vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində ələ alırlar“ backend

"2016-cı ilin iyulun 15-də dövlət çevirilişində cəhd zamanı türk xalqı dövlətinə sahib çıxdı. Bu hadisələrlə bağlı hər şey şəffafdır".

"Report"un xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini Nüman Qurtulmuş xarici media nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, bu hadisə ən böyük xəyanət idi: "Cinayətkar şəbəkə ilə üz-üzə qalmışdıq. Bu hadisələri, bunun arxasında dayananları unutmayacağıq, unutdurmayacağıq. Türkiyə demokratik ölkədir. Amma buna baxmayaraq Türkiyədə 5 dəfə dövlət çevirilişi olub. Bu, xalqın seçiminə qarşı çıxmaqdır. Xalq 15 iyul hadisəsinin qarşısında dayandı. Biz bunu unutmarıq. Həmin gecə xalq qəhrəmanlıq nümayiş etdirdilər. Qabartmadan deyirəm, bu hadisə Türkiyə, o cümlədən dünyada mühüm hadisə kimi yadda qalıb. Yəni, bu cür hadisədə dünya dövlətlərinin necə davrandığı məlum oldu. FETÖ terror təşkilatının iki üzü var. Bir üzünə baxanda təhsil, yardım işləri ilə məşğul olanlar görərsiniz. İkinci-əsas üzü isə terrordur. Bunlar dövlətin içinə sızmışdılar. Kimsə güman etməzdi ki, bunlar dinc insanlara qarşı silah çəkərlər. Bunun digər terror təşkilatlarından fərqi yoxdur. İŞİD İslamı necə gözdən salırsa, bunlar da o cür edirlər".

Baş nazirin müavini qeyd edib ki, bu terror təşkilatı təkcə Türkiyə üçün deyil, dünya üçün də təhlükəlidir: "Bunlar vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində öz tərəflərinə çəkirlər. Bir neçə ölkədə fəaliyyət göstərirlər. Bunlar həm də siyasətlə məşğul olurlar. Dinlə məşğul olursansa, siyasətlə nə işiniz?".

N.Qurtulmuş bildirib ki, 15 iyul hadisəsində baş verənlər gerçəkdir: "Onlar istədiklərini etsəydilər, Türkiyədə hər şey başqa cür olacaqdı. Bu ölkə Suriyanın gününə salınacaq, bəlkə də hansısa dövlət tərəfindən işğal ediləcəkdi. Bunun hadisənin planlanmış iş olduğunu iddia edənlər də var. Amma əmin olun ki, hər şey gerçəkdir, faktlar ortadadır. Biz ölkəni bunlardan təmizləyirik. Onlar özlərini qəhrəman hesab edirlər. Qəhrəmanlıq nəyi hesab edirlər? Türkiyə prezidentini öldürmək".