ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polislə etirazçılar arasındakı toqquşmalar zamanı 200 nəfər saxlanılıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, iğtişaşlar nəticəsində 144 avtomobil və 15 bina yandırılıb.
Qarşıdurma zamanı şəhərin bir neçə böyük alış-veriş mərkəzi talan edilib.Xatırladaq ki, toqquşmalara səbəb 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılmasından bir həftə sonra xəstəxanada vəfat etməsi olub.