Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl Səudun böyük qardaşı Əbdul Rəhman bin Əbdüləziz 86 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu haqda ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.Məlumata görə, cənazə namazı sabah, Məkkə şəhərindəki Məscidi-Haramda qılınacaq.
Qeyd edək ki, Əbdüləziz ABŞ-ın San-Dieqo şəhərində hərbi, Kaliforniyada iqtisadiyyat fakültəsini bitirib.
O, 1983-2011 illəri arasında ölkənin Müdafiə və Aviasiya nazirliyində nazir köməkçisi vəzifələrində çalışıb.