Dünya bu xəbərdən heyrətlənib: 101 yaşlı italiyalı qadının övladı olub.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, yaşlı qadın yumurtalıq köçürməsindən sonra 4 kq çəkisi olan uşaq dünyaya gətirib.Köçürmə ilə bağlı əməliyyat həkim Aleksandro Popoliççi tərəfindən Türkiyədəki özəl klinikaların birində keçirilib. Qeyd edək ki, Avropa İttifaqında bu cür prosedurlar qanunazidd sayılır.
Ana, Anatoliya Vertadella özünün 17-ci övladının - Françeskonun dünyaya gəlişini “Allahın gücünün sübutu“ hesab edir. Onun sözlərinə görə, 48 yaşında olarkən tanrı onu yumurtalığında xərçənglə cəzalandırdı (onda artıq onun 16 uşağı vardı), indi isə övlad dünyaya gətirmə xoşbəxtliyini geri qaytardı.
Həkim Popoliççi deyir ki, heç kimin qadını müzakirə etmək hüququ yoxdur. Onun sözlərinə görə Anatoliya gözəl, sağlam uşaq dünyaya gətirib. Həkim deyir ki, dünyada təsadüfi doğulan və ya heç kimə lazım olmayan çox sayda uşaq var. “Sevinmək lazımdır ki, bu körpənin onu sevən ailəsi olacaq“.
Vertadellanın əri 1998-ci ildə ölüb. Qadın internet vasitəsilə sperma donoru tapıb. Bu, 26 yaşlı katolikdir.
Qadın uşağın atasının onun tərbiyəsində iştirak edəcəyini gözləmir. O bildirir ki, dünyadan köçən ərini çox sevir və ölənə qədər özünü dul hesab edəcək.

Qaziler.az