Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində geniş miqyaslı anti-terror əməliyyatı keçirib. Nəticədə terrorçuluqda şübhəli bilinən 44 nəfər saxlanılıb.
İstanbul valisi Vasip Şahin məsələ ilə bağlı açıqlamasında bildirib ki, həbs olunanlardan biri İstanbulun Beşiktaş stadionunun yaxınlığındakı terroru təşkil edən şəxsdir. Saxlanılanlardan digər isə şəhərin Vəznəçilər ərazisində törədilmiş terror aktlarını təşkil etməkdə şübhəli bilinir.İstanbulda terrorçuluqda şübhəli bilinən 44 nəfər saxlanılıb

