İranda saxlanılan gəmidə ABŞ vətəndaşları yoxdur. ANS PRESS-in məlumatına görə, Pentaqonun bu barədə yaydığı açıqlamada deyilir ki, saxlanılmış "Maersk Tigris" yük gəmisi Hörmüz boğazında üzürmüş: İranın patrul katerləri gəmini saxlamazdan əvvəl gəmiyə atəş açıb və ona İran sahilinə doğru hərəkət edilmək əmr edib.
Hazırda Amerikanın kəşfiyyat təyyərələri vəziyyəti izləyir.Daha əvvəl bildirilirdi ki, İran hərbi gəmiləri Fars körfəzi ərazisində İranın ərazi sularına qanunsuz daxil olan Amerika gəmisini yaxalayıb.