NATO-nun bu hərəkəti iyrəncdir - Zaxarova

NATO-nun bu hərəkəti iyrəncdir - Zaxarova backend

NATO-nun Baltikyanı ölkələrdə Sovetlərlə mübarizə aparan Meşə Qardaşlarını qəhrəman kimi qələmə verməsi iyrənc bir aksiyadır.


Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

NATO-nun hazırladığı görüntülərdə Meşə Qardaşları istiqlaliyyəti uğrunda mübarizə aparan şəxslər kimi göstərilir. Xəbərdə həmin şəxslərin ruhunun hələ də 3 Baltikyanı ölkəsinin xüsusi təyinatlı qüvvələrində qaldığı göstərilib. Zaxarova beynəlxalq ictimaiyyəti məsələyə düzgün qiymət verməyə çağırıb:

“Yarım il bundan qabaq xarici mətbuat Holokost mövzusunda “tamaşa qurmaq” məsələsini müzakirə edirdi. Ümid edirəm ki, həmin insanlar bu dəfə də NATO-nun etdiyi iyrənc hərəkətlərə lazımı reaksiya göstərəcəklər. Yəqin ki, kütləvi edamlarda əsas rol oynayan və sonradan özünə “Meşə Qardaşları” deyən bu şəxsləri xatırlamaq heç kimə lazım deyil”.