170 sərnişin diri - diri yana bilər

170 sərnişin diri - diri yana bilər backend

Aralıq dənizində göyərtəsində 170 sərnişin olan gəmi yanır. ANS PRESS-in məlumatına görə, bu haqda İspaniya mətbuatı yazır.

Bildirilir ki, “Acciona Trasmediterránea” şirkətinə məxsus gəmi Palma-de-Malorka limanından Valensiyaya gedirmiş.

Tibbi vertolyot ekipajın yanğın nəticəsində zərər çəkən üç üzvünü təxliyyə edib.

Xilasedicilərin sözlərinə görə, insanlar tüstüdən zəhərləniblər. Hökümət bildirib ki, yanğın söndürülə bilinməzsə, gəmi batırılacaq.
Diaspora