Ərəb birliyi toplantısında GƏRGİNLİK

Ərəb birliyi toplantısında GƏRGİNLİK backend

Qahirədə Ərəb Birliyi informasiya nazirlərinin qatıldığı Qahirədəki yığıncaqda gərginlik çıxdı, Qətər nümayəndəsi iclası tərk edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, onun iclası tərk etməsinə səbəb "Əl-Cəzirə" kanalı əleyhinə söylənilən fikirlər olub. Belə ki, bəhreynli nazir Rumeyhi, Qətər nümayəndəsinin etirazına səbəb olan çıxışında, "Al Jazeera kanalı Körfəz ölkələrinin təhlükəsizliyini hədəfə almaqda, əsassız söz-söhbət və yalan xəbərlər yaymaqdadır" ifadəsindən istifadə edib.

Səudiyyə Ərəbistanı informasiya naziri də demək olar ki, oxşar ifadələr işlədib.

Qətər nümayəndəsi Buayneyn, bundan sonra yığıncağı idarə edən tunisli nazir Mehdi bin Garibədən ikinci dəfə söz istəyib, ancaq tələbinə cavab verilmədiyinə görə: "Ölkəm əleyhinə danışıldığı zaman müdafiə etmək üçün müdaxilə etmək mənim ən təbii haqqımdır" - deyərək iclası tərk edib.