ABŞ jurnalından Türkiyəyə qarşı təxribat

ABŞ jurnalından Türkiyəyə qarşı təxribat backend

ABŞ Hərbi Akademiyasının Terrorla Mübarizə Mərkəzinin “CTCSentinel” jurnalının üz qabığında PKK-PYD terrorçusunun fotosu əks olunub.

Axar.az “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, terrorçunun geyindiyi uniformanın qolunda PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın şəkli olan gerb diqqətdən yayınmayıb.

Fotonun altında “Suriya Demokratik Qüvvələrinin üzvü Rakkanın Məşləb məhəlləsində qalxan dumanı izləyərkən...” - yazılıb.

Qeyd edək ki, Suriyadakı PKK-PYD terrorçuları ölkədə Suriya Demokratik Qüvvələri adı altında fəaliyyət göstərirlər.