QAZİLER.AZ saytı Evronyus-a istinadla bildirir ki, Nepalda zəlzələ nəticəsində qurbanların sayı 10 milyona çata bilər. Bu barədə ölkənin baş naziri Suşil Koirala çərşənbə axşamı bildirib.
Onun sözlərinə görə, uzaq yaşayış məntəqələrindəki zərərçəkənlər barədə məlumatlar hələ gəlməyib.Son məlumatlara görə, fəlakət nəticəsində 4500 insan ölüb , 8000-dən çox insan yaralanıb.
Nepala Beynəlxalq yardım göndərilsə də, onun paylanması çətinlik yaradır. Yerli sakinlər hökümətin onlara diqqətsizliyindən şikayətlənirlər. Öz növbəsində, Nepal höküməti bildirir ki, faciənin miqyası o qədər böyükdür ki, hamıya köməklik göstərmək mümkün olmur. Onlar beynəlxalq təşkilatlara müraciət edərək dərmanlar və vacib əşyalarla təmin edilmələrini xahiş edirlər. Həmçinin, xilasediciləri və mütəxəssisləri böhran vəziyyətində olan ərazilərə göndərməyi çağırırlar.