Rusiyanın Ankaradakı yeni səfiri türk dilini öyrənmək istəyir

Rusiyanın Ankaradakı yeni səfiri türk dilini öyrənmək istəyir backend

Rusiyanın Ankaradakı yeni səfiri Yerxov yaxın zamanda vəzifəyə başlayacağını söyləyib.

Bu gün Rusiyanın Ankaradakı yeni səfiri Aleksey Yerxov keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İlk işinin türkcə öyrənmək olacağını söyləyən Yerxov, yaxın zamanda vəzifəyə başlayacağını ifadə edərək türk dilini öyrənməsi ilə bağlı: "İnşallah bacara bilərəm"- dedi.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlov ötən il dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində polis əməkdaşı Mevlüt Mert Altıntaş tərəfindən qətlə yetirilib.

Qaziler.az