Moskvada ticarət mərkəzində güclü yanğın

Moskvada ticarət mərkəzində güclü yanğın backend

Moskvanın şimal-şərqində yerləşən “RİO” ticarət mərkəzində baş verən yanğın zamanı ikisi uşaq olmaqla, iyirmidən çox insan xəsarət alıb.

Oxu.Az-ın Lenta.ru-ya istinadən məlumatına görə, yanğın 50 kvadrat metr ərazini əhatə edib.

Zərərçəkənlərdən dördünün vəziyyəti ağırdır.

Alovun qarşısının alınmasına yanğınsöndürən qatar da cəlb olunub.

Hazırda yanğının söndürüldüyü bildirilir.