Kremldə KİV-də Çeçenistanda "kütləvi edam" olduğu kaqda Kütləvi İnformasiya Vasitələrində yer alan xəbərlərlə bağlı məlumat alınmışdır.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu haqda prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.Bir qədər əvvəl "Новая газета" Çeçenistanda guya 17 dekabr 2016-cı ildə polis əməkdaşlarına hücumdan sonra saxlanılan 20 nəfərdən artıq şəxsin güllələndiyi haqda material dərc olunmuşdu. Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov bu məlumatı "yalan" adlandıraraq təkzib edib.
"Bəli, biz bu məlumatı görmüşük. İnformasiya kifayət qədər anonim xarakter daşıyır və mənbələr anlaşlmazdır", - deyə Peskov jurnalistlərə bildirib.