Mosul İŞİD-dən tam azad edilib

Mosul İŞİD-dən tam azad edilib backend

İraqın ikinci böyük şəhəri Mosul İŞİD terror təşkilatından tam azad edilib.

Qaziler.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Mosula səfər edən İraq baş naziri Haydar əl-İbadi bəyan edib.

İraq baş naziri qələbə münasibəti ilə əsgərləri və xalqı təbrik edib.

Bununla da Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatı 265 gün sonra başa çatıb.