Şimali Koreyanın paytaxtı Pxenyanda 10 minlərlə insan qitələrarası raket sınağının uğurlu keçməsini qeyd edib.
Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA informasiya yayıb.Məşhur Kim İl Sunq meydanında keçirilən şənliklərə əhalinin kütləvi axını müşahidə olunub. Əsgərlərlə yanaşı mülki vətəndaşlar da tək sıra halında düzülərək eyni anda rəqs edib, əl çalıblar. Şənliyin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Xatırladaq ki, rəsmi Pxenyan “Hvasonq-14” raketinin 39 dəqiqə uçduğunu və 2 min 800 kilometr məsafə qət etdiyini açıqlamışdı.