Baltimor : komendant saatı və fövqəladə vəziyyət

Baltimor : komendant saatı və fövqəladə vəziyyət backend

QAZİLER.AZ Evronyus-a istinadla bildirir ki, ABŞ-ın Milli Qvardiyası Baltimora yeridilib. Merilendin başqa şəhərlərindən şəhərə polislər gəlib. Qubernator qonşu ştatlardan kömək istəyir.

Baltimorda baş verən qarşıdurma nəticəsində ona yaxın polis xəsarət alıb. Təcavüzkar gənclər daş atırlar, mağazalarda oğurluq edirlər, avtomobilləri yandırırlar. Şəhərdə bir neçə bina, həmçinin qocalar evi yanır.
Hadisə nəticəsində 30- a yaxın iğtişaşçılar və qayda pozanlar həbs olunub.
Hökümət Baltimorda gecə vaxtı komendant saatı və fövqəladə vəziyyət elan edib.
Merilend ştatının qubernatoru Lerri Xoqan:
«Mənim üçün bu qərarı qəbul etmək heç də asan olmadı. Milli Qvardiya bu qayda-qanunun bərpa etmək üçün son çarədir. Sözsüz ki, insanların etiraz etməyə hüquqları var, lakin Baltimor ailələri sülh və əmin-amanlığa layiqdirlər.

Xatırladaq ki, Baltimorda iğtişaşlar amerikalı gənc zənci Freddi Qreyanın ölümündən sonra baş qaldırıb. Polislər onu aprelin 12-də həbs ediblər, sonradan xəstəxanaya yerləsdirilən gənc bir həftə sonra orada keçinib.
Qreyin yaxınları onun ölümündə polisləri günahlandırır. ABŞ Ədliyyə Departamenti iş üzrə araşdırmalara başlayıb.

Diaspora