Misirdə bir qrup silahlı şəxsin hücumu nəticəsində 10 hərbçi həlak olub. Axar.az xəbər verir ki, bu barədə yerli təhlükəsizlik qüvvələri informasiya yayıb.
Hadisə Sinay yarımadasının şimal hissəsində yerləşən Rafax şəhərinin əl-Baras rayonunda baş verib. Silahlıların hücumu nəticəsində ölənlərin arasında Misir ordusunun xüsusi təyinatlı qüvvələrinin polkovniki də olub.
Qeyd edək ki, Misir 3 ildən artıqdır Sinay yarımadasının şimal hissəsində anti-terror əməliyyatları aparır.