Türkiyə Silahlı Qüvvələrinin iyunun 29-dan iyulun 6-dək, bir həftə ərzində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 93 silahlısı məhv edilib.
Qaziler.az “Report”-a istinadən istinadən xəbər verir ki, bu haqda Haber7-yə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.
Zərərsizləşdirilən terrorçulardan 3-ü PKK-nın aparıcı dəstə başçılarından olub.
Məlumata görə, əməliyyat nəticəsində 4 hərbçi şəhid olub, 10-u yaralanıb.
Antiterror əməliyyatı nəticəsində terrorçuların sığınacaq yerləri dağıdılıb, onlara məxsus silah-sursat aşkarlanaraq, götürülüb.