İrəvan borc bataqlığında: ermənilər bundan da məhrum oldular

İrəvan borc bataqlığında: ermənilər bundan da məhrum oldular backend

3 il ərzində Ermənistana pul köçürmələri 38,4% və ya 830 milyon dollar azalıb.


Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Ermənistanın Maliyyə naziri Vardan Aramyan söyləyib. O, pul köçürmələrinin azalmasına, xüsusilə Rusiyaya qarşı 2014-cü ildən tətbiq edilən sanksiyaların və bu ölkənin iqtisadiyyatındakı durğunluğun təsir etdiyini bildirib:

“İqtisadiyyatı qorumaqdan ötrü Ermənistan xarici borclarını artırıb. 2015-ci ildə ölkə büdcəsində defisit 4,8%, 2016-da isə 5,5% olub”.