Putin DİN və FHN-dən bir neçə generalı istefaya göndərib

Putin DİN və FHN-dən bir neçə generalı istefaya göndərib backend

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Federal Penitensiar Xidmətin strukturlarından 8 generalı işdən azad edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc edilib.
Kadr dəyişikliyinin səbəbləri açıqlanmır.