Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri ağır cinayətlərlə bağlı geniş məlumatlar yaymaqda davam edir.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, yaşlı qadın Sahibə Allahverdiyeva (Quliyeva) və onun 2 yaşlı qız nəvəsi Zəhra Quliyevanın həlak olması barədə informasiyalar sosial şəbəkədə də sürətlə paylaşılır.
Anadolu Agentliyi, “Sabah” və “Hürriyyət” qəzetlərində, televiziya kanallarında və digər xəbər portallarında dinc sakinlərin amansızlıqla qətlə yetirilməsi, mülki obyektlərin dağıdılmasına dair informasiyaların əksəriyyəti “İşğalçı Ermənistan uşaq qatilidir” ifadələri ilə təqdim olunub.