Rusiya Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Azərbaycana başsağlığı berdi

Rusiya Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Azərbaycana başsağlığı berdi backend

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi regionunda növbəti dəfə atəşkəs rejiminin pozulması qeydə alınıb və nəticədə dinc sakinlər arasında itkilər qeydə alınıb və bir uşaq həlak olub.

Qaziler.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O, həlak olanların ailələrinə başsağlığı ifadə edib. “Biz qan tökülməsini qəbuledilməz hesab edirik və tərəfləri vəziyyəti stabilləşdirməyə çağırırıq”.

O vurğulayıb ki, Rusiya ATƏT Minsk qrupunun zorakılığın dayandırılmasının zərurəti barədə bəyanatını tam dəstəkləyir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.