Qətərdən son açıqlama: “Biz öz işlərimizə qarışılmasına icazə verməyəcəyik“

Qətərdən son açıqlama: “Biz öz işlərimizə qarışılmasına icazə verməyəcəyik“ backend

Qətərin xarici işlər naziri Məhəmməd bin Abdurrahman Al Sani onlara verilən vaxtın sona çatmasından sonra ilk açıqlamanı verib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu böhranın həll edilməsi üçün dialoq çağırışı edib.

Al Sani Körfəz ölkələrinin Türkiyənin hərbi bazalarının bağlanması tələbi haqqında da danışıb: "Türkiyə ilə əldə etdiyimiz hərbi əməkdaşlıq digər Körfəz ölkələri üçün niyə problem olsun ki? Bunun üçün bir səbəb görə bilmirəm. Biz daxili işlərimizə qarışılmasına icazə verməyəcəyik".

13 maddədən ibarət olan siyahıda Qətərdən İranla da münasibətlərinin kəsilməsi tələb olunub. Bununla bağlı da açıqlama verən nazir "İranla sağlam və konstruktiv bir əlaqəyə sahib olmaq məcburiyyətindəyik" deyib.

Al Sani son olaraq Körfəz ölkələri tərəfindən məruz qaldıqları bu mühasirə qarşısında möhkəm duracaqlarını ifadə edib. O, bu gərginliyə rəğmən 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcəklərinin təminatını da verib.