Fransada bir nəfər mədəsində gizlətdiyi 79 min avroyla tutuldu.
İsveçrədən Fransaya keçən Nigeriya əsilli bir şəxs, polis itinin onun üzərindəki banknotlardan təsadüfən qoxu almasından sonra saxlanılıb.Paltarlarının içində 13 min İsveçrə frankı gizlədiyi təsbit edilən şəxs, daha sonra X-ray cihazından keçirilib.
Sonra qaçaqmalçının mədəsindən də pul tapılıb. Mədəsindəki pulun ümumi banknot miqdarının 79 min avro olduğu müəyyən edilib.
Qaziler.az