İyulun əvvəlindən etibarən 3 gün müddətində Donbas separatçıları Ukrayna ordusunun mövqelərinə hücumlar etməyə başlayıblar.
Axar.az xəbər verir ki, bu barədə informasiya Ukraynanın “Sağ dön” fondunun Feysbuk səhifəsində yer alıb. Fond hücum nəticəsində separatçıların 18 döyüşçü itirdiyini bildirib.Separatçıların 20 döyüşçüsü isə ağır yaralanıb.