Cənubi Koreya prezidenti təhlükəsizlik şurasının təcili iclasını çağırıb

Cənubi Koreya prezidenti təhlükəsizlik şurasının təcili iclasını çağırıb backend

Cənubi Koreya prezidenti Mun Ce-in Şimali Koreyanın bu gün növbəti ballistik raket buraxılışından sonra təhlükəsizlik şurasının təcili iclasını çağırıb.


Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, iclasda Şimali Koreyanın növbəti raket təxribatına qarşı hansı addımların atılması məsələsi müzakirə olunacaq.

Qeyd edək k, bu gün səhər yerli vaxtla 9:40-da Şimali Koreyanın Pyonqan vilayətindən Yapon dənizi istiqamətində növbəti ballistik raket buraxılıb. Raketin 40 dəqiqə ərzində 930 kilometr məsafəni qət etdiyi bildirilir.