Almaniya Federativ Respublikasının polisi Rostok şəhərinin 30 yaşlı sakinini qarşıdan gələn G20 sammiti zamanı hücum planlaşdırmaqda şübhəli hesab edərək saxlayıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Local" alman qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Rostok şəhərinin iki yaşayış evində, həmçinin Hamburqdakı Hoenfeld rayonundakı evdə axtarışlar aparıblar. Nəticədə külli miqdarda silah aşkar edilərək müsadirə olunub.