Səudiyyə Ərəbistanında bir köşə yazarı öz yazısında Kral Salmanı Allaha bənzətdiyinə görə qəzet rəhbərliyi tərəfindən işdən çıxarılıb.
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, köşə yazısında onu Allahla bir sayan jurnalisti işdən qovdurub.Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Səudiyyə mətbuatında yazılarında Kral Salmanı tərifləyən onlarla köşə yazarı var: "Ramazan El-Anzi Əl Cəzirə qəzetindəki köşəsində kral Salman üçün Allahın 99 adından ikisini istifadə edib. Kral ona "Haleem", və "Shadeed al-Eqab" deyən köşə yazarının yazısını görüncə əsəbiləşib. Qəzet rəhbərliyi köşə yazarını işdən çıxarandan sonra şənbə günü üzr mətni dərc edib.".