Yunan kateri tərəfindən atəşə tutulan türk gəmisinin kapitanı: “16 güllə yeri var”

Yunan kateri tərəfindən atəşə tutulan türk gəmisinin kapitanı: “16 güllə yeri var” backend

Egey Dənizində Yunanistan sahil mühafizə xidmətinə aid qayıqdan türk yük gəmisinə atəş açması nəticəsində böyük bir təhlükə sovuşub.

CNN Türk kanalındakı canlı yayımda gəminin kapitanı Haluk Sami Kalkavan, hadisəni belə şərh edib:

"BİZİ DAVAMLI təqib və təhdid etdi"
"Bütün məmləkətə keçmiş olsun. Gəmimizi dərhal Rodos sahillərinə çəkilməsini tələb etdilər. Niyə dediyimizdə nəzarət məqsədli dedilər. Biz bunu qəbul etmədik. Bizi davamlı təqib və təhdid etdilər. Biz də gəmimizi Türkiyə tərəfinə çevirdik, amma bizə atəş açdılar. Gəmidə 16 güllə dəliyi var. İndi Türkiyə ərazi sularındayıq".





Qaziler.az